"Qəbələ" Gürcüstan klubuna qalib gəldi

11:23 - 5 Avqust 2017

Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” “Saburtalo” klubunun əvəzedici komandası ilə görüşüb. Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib. Görüş "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ravil Yusiflinin dubl  etdiyi oyunda bir dəfə Ülvi İsgəndərov fərqlənib.

 

Xatırladaq ki, komanda avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis “Dinamo”sunun əvəzediciləri ilə qolsuz bərabərə qalıb.

Xəbər xətti