"Neftçi"nin 7 futbolçusu milli komandada

12:20 - 5 Avqust 2017

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.

 

Sportal.az xəbər verir ki, avqustun 8-dən 12-dək Bakıda, bu ayın 13-dən 17-dək isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək hazırlıq prosesinə "Neftçi”nin  7 futbolçusu dəvət olunub.

 

Bu barədə klubun saytı məlumat yayıb. Yığmaya İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Murad Bağırov, İlkin Əbiyev, Nicat Məmmədov və Mehdi Tahirov çağırılıb.

Xəbər xətti