Cengiz Ünder: "Roma"dan təklif gələn kimi qəbul etdim"

16:09 - 5 Avqust 2017

"Roma"nın "Başakşəhər"dən transfer etdiyi Cengiz Ünderin mətbuat önünə çıxıb. Türkiyə millisinin üzvü paytaxt klubundakı hədəflərindən danışıb.

 

Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Roma"dan təklif gələn kimi, qəbul etdyini söyləyib:

 

"Roma"dan təklif gələn kimi, qəbul etdim. İtaliya futboluna adaptasiya olunmaqda çətinlik çəkəcəyimi düşünmürəm. Türkiyədə ötən mövsüm yaxşı performans göstərdim. Ümid edirəm ki, bunun davamını A Seriyada edəcəm. "Roma"da azarkeşlərin sevgisini qazanmaq və burada çoxlu titullar qazanmaq istəyirəm".

 

20 yaşlı oyunçu "Türk Dibala" ləqəbi barədə bunları söyləyib:

 

"Bəli, Paulo Dibala ilə bir-birimizə oxşarlıq var. Mənə "Türk Dibala" deyirlər, ancaq mən mən Cengizəm və məni belə xatırlayacaqsınız".

 

"Canavarlar"ın heyətində 17 nömrəli forma altında çıxış edəcək gənc ulduz komandanın əfsanəvi futblçusu Françesko Totti ilə bağlı da danışıb:

 

"Roma"ya gələndə Tottiylə görüşdüm. Mən onun böyük heyranı idim. Onun oyunlarını televiziyadan izlməyirdim. Birgə çıxış etsəydik, mükəmməl olardı".

 

Qeyd edək ki, "Roma" Cengizi "Başakşəhər"dən 13,4+1,5 milyon avro qarşılığında transfer edib.

Xəbər xətti