"Liverpul"da ciddi itki

17:17 - 5 Avqust 2017

"Liverpul" Premyer Liqanın başlamasına 6 gün qalmış ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar"ın yarımmüdafiəçisi Adam Lallana zədə səbəbində 2 ay yaşı meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp klubun rəsmi saytına açıqlamasında söyləyib. Təcrübəli çalışdırıcının sözlərinə görə, Lallana Madrid "Atletiko"su ilə yoldaşlıq görüşündə sıradan çıxıb:

 

"Təəssüf ki, Lallana zədələnib. O, bir müddət bizimlə olmayacaq. Avqust və sentyabr aylarında oynamayacağı dəqiqdir".

 

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan 29 yaşlı futbolçu "Liverpul"da 125 oyun keçirib və 21 qol, 19 assistlik performans sərgiləyib.

Xəbər xətti