"Zirə" "İnter"ə qalib gəldi

00:04 - 6 Avqust 2017

Bu gün "İnter" və "Zirə" yoxlama matçında üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqaya hazırlaşan paytaxt klublarının görüşü Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. Üç qolun vurulduğu oyunda qələbəni Zirənin eyniadlı təmsilçisi bayram edib - 2:1.

 

"İnter"in heyətində Mirsahib Abbasov fərqlənib. "Zirə"nin qollarını isə Təmkin Xəlilzadə və David Manqa vurub.

Xəbər xətti