Samir Məsimov "Fakel"ə lazım deyil

00:35 - 6 Avqust 2017

Rusiya 1-ci divizionunda 6-cı turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" doğma meydanda “Orenburq”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Samir bu görüşün də iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə, matçın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Fakel" 6 turdan sonra 5 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti