"Səbail"də braziliyalı hücumçu FOTO

11:11 - 6 Avqust 2017

Yeni mövsümə hazırlaşan "Səbail" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin düşərgəsinə braziliyalı futbolçu dəvət olunub. Renan Telles adlı hücumçu komandada baxışdadı.

 

28 yaşlı ön xətt oyunçusu "Şüvəlan"la keçirilən hazırlıq matçının ikinci hissəsində (5:0) meydanda olub. Futbolçu məşqçilər korpusunun etimadını qazansa, onunla rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Renan Tellesin son klubu Malta "Hibernians"ı olub.

Xəbər xətti