Ramil Şeydayevin komandası üçün kabus davam edir

11:28 - 6 Avqust 2017

Slovakiya çempionatında 3-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” səfərdə “Zlate Moravcçe”nin qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekublaşıb.

 

Millimizin hücumçusu ötən tur olduğu kimi bu dəfə də oyunun iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, son Slovakiya çempionu olan “Jilina” 3 oyunun hamısında uduzaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti