"Şüvəlan" "Kəpəz"lə qarşılaşacaq

12:30 - 6 Avqust 2017

I Divizion təmsilçisi "Şüvəlan" yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, qəsəbə klubu daha bir yoldaşlıq görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri bu dəfə Premyer Liqada mübarizə aparan "Kəpəz"lə qarşılaşacaq. Görüş avqustun 7-də keçiriləcək.
 
"Dalğa Arena"da baş tutacaq matç saat 18:00-da başlayacaq.
 
Xatırladaq ki, "Şüvəlan" hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi "Qaradağ Lökbatan"a 3:1 , "Zirə"nin əvəzedici heyətinə 5:0, "Sumqayıt"ın əvəzedicilərinə 2:0 hesabı ilə qalib gəlib, "Neftçi"yə 0:2, "Zirə"yə 0:4, 19 yaşlıardan ibarət milli komandamıza 0:2, "Səbail"ə isə 0:5 hesabı ilə uduzub.

Xəbər xətti