Futbolçumuz sıradan çıxdı, komandası qalib gəldi

16:07 - 6 Avqust 2017

Hollandiyanın "Den Boş" klubu növbəti mövsümə hazırlığını davam etdirir. 

 

Sportal.az xəbər verir ki, birinci divizionda mübarizə aparan azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu kollektiv yoxlama oyunu keçirib. Hollandiyanın digər təmsilçisi "Linden"lə qarşılaşan futbolçumuzun komandası meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.

 

Əzizov da bu görüşün ilk dəqiqələrindən meydanda olub. Lakin qarşılaşmanın 31-ci dəqiqəsində ağır zədə alan Ziya meydanı erkən tərk etmək məcburiyyətində qalıb.

Xəbər xətti