Nəsirovun komandası yeni mövsümə qələbə ilə başladı

20:42 - 6 Avqust 2017

Portuqaliya ikinci liqasında (Sequnda liqa) 2017/18 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, yeni mövsümün açılış matçında azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" "Sportinq Kovilya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Nəsirov bu matçın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xəbər xətti