Verratti: "Qərarımda Neymarın transferi rol oynamayıb"

PSJ-nin futbolçusu Marko Veratti gələcək karyerası ilə bağlı yekun qərar verib.

 

Sportal.az xəbər verir ki, “Barselona”ya keçəcəyi deyilən italiyalı yarımmüdafiəçi Paris klubunda qalacağını bəyan edib. İtaliya millisinin üzvü Neymarın PSJ-yə transfer olması qərarına təsir etmədiyini deyib:

 

“Barselona” məsələsi artıq geridə qalıb. Heç kimlə danışıqlar aparmamışam və bu məsələdə yenilik də yoxdu. PSJ-də qalacam. Bu qərara gəlməyimdə Neymarın PSJ-yə transferinin heç bir rolu olmayıb. Daha əvvəl bu barədə qərar vermişdim. Həmin vaxt Neymarın bizim kluba keçəcəyini belə bilmirdim”.

 

Qeyd edək ki, Veratti 2012-ci ildən PSJ-də oynayır.

Tarix: 6 Avqust [20:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2017
20  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio