"Zaqatala" "Səbail"ə qalib gəldi

00:15 - 7 Avqust 2017

I Divizionda mübarizə aparan "Zaqatala" yeni mövsümün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Şaban Şirdanovun yetirmələri hazırlıq matçında qüvvəsini sınayıb. Zaqatalalılar Premyer Liqa təmsilçi "Səbail"in 19 yaşlılardan ibarət komandası ilə üz-üzə gəlib.

 

Zaqatala Olimpiya Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Görüşdə yeganə qolun müəllifi Rəhman Şabanov olub.

 

Qeyd edək ki, avqustun 12-si bu komandalar arasında daha bir oyun keçiriləcək.

Xəbər xətti