Renat Dadaşovun qol vurduğu oyunda "Ayntraxt" qalib gəldi VİDEO

00:31 - 7 Avqust 2017

Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan "Ayntraxt" növbəti sınaq matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi bu kollektiv Frankfurtun digər təmsilçisi "FSV Frankfurt" klubu ilə üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 5:2.

 

Dadaşov da bu qarşılaşmanın iştirakçısı olub. “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç bir gün öncəki İspaniya "Betis"i ilə oyundan fərqli, bu dəfə həmyerlimizə şans verməyib. Fasilədən sonra meydana çıxan Renat 47-ci dəqiqədə qol vurmaqla komandasının qələbəsinə töhfə verib.

 

Xəbər xətti