"Qarabağ"ın legioneri: "Çempionlar Liqasının qrupunda oynamaq möhtəşəm olar"

10:45 - 7 Avqust 2017

"Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində üstələdiyi Moldovanın "Şerif" klubu Avropa Liqasının pley-off mərhələsində Kubanın keçmiş komandası "Legiya"ya rəqib olub. O, müsahibəsində sabiq klubunun "Şerif" üzərində aşkar favorit olduğunu bildirib:

 

"Şerif" zəif komanda deyil. Biz onları keçmək üçün çox çətinlik çəkdik. Lakin "Legiya" komanda şəkilində rəqibindən güclüdür. Məncə, "Legiya" "Şerif"i kemməyə borcludur". 

 

Polşa millsinin üzvü "Qarabağ"a keçidindən də söz açıb:

 

"Agent Azərbaycandan təklif olduğunu bildirəndə yaxşı maliyyə imkanlarına işarə verdi. Düşünürəm ki, seçimimdə yanılmamışam. Verdiyim qərardan razıyam və "Qarabağ"da çox xoşbəxtəm. Maliyyə bir yana, yaxşı kollektivimiz var. Baza və stadionumuz mövcuddur, komanda yaxşı oyun sərgiləyir. Bakıda günəş var və mən günəşi çox sevirəm. Bura gəldiyim gündən yağış yağmayıb və deyəsən havanın belə bir niyyəti də yoxdu".

 

Təcrübəli oyunçu ÇL-in qrupunda oynamaq istədiklərini dilə gətirib:

 

"Ümumiyyətlə, heç bir Azərbaycan klubu Çempionlar Liqasının pley-off mərhələsində oynamayıb. Bizim əlimizə tarixi şans düşüb, qrupa bir addım qalıb. Rəqibimiz Danimarkanın güclü "Kopenhagen" kollektivi olacaq. Rəqib güclü olsa da, sürpriz etməyə çalışacağıq. Yeni klubumda, ümumilikdə isə ikinci dəfə Çempionlar Liqasının qrupunda oynamaq mənim üçün möhtəşəm olar".

 

Mərkəz müdafiəçisi "Qarabağ"ın işğalından danışıb:

 

"Qarabağ" uzun illər öncə yaradılıb. Amma klubun ev oyunlarını keçirdiyi Ağdam şəhəri ermənilər tərəfindən işğal olunub. Buna görə də komanda ev oyunlarını Bakıda keçirir. Paytaxtda xeyli azarkeşimiz var, onlar hər oyun stadionu doldururlar".

Xəbər xətti