"Qəbələ" "Lokomotiv"lə heç-heçə etdi

“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində son matçda qüvvəsini sınayıb. Öncə Tbilisi “Dinamo”su (0:0) və “Saburtalo”nun (3:1) əvəzediciləri ilə görüşən Elmar Baxşıyevin yetirmələri qonşu ölkədəki üçüncü qarşılaşmasında “Lokomotiv”lə görüşüb.

 

“Dəmiryolçular”ın əvəzedici heyəti ilə matçda hesabı “Qəbələ” açıb. Nurlan Quliyevin penaltidən vurduğu qol "qırmızı-qaralar"a fasiləyə üstün yollanmağa imkan verib. Lakin meydan sahibləri oyunun ikinci yarısında fərqlənməyə nail olub - 1:1.

 

Beləliklə, "Qəbələ" Gürcüstan toplanışını heç-heçə ilə başa vurub. Bu gün Qəbələyə qayıdacaq “qırmızı-qaralar” ikigünlük istirahətdən sonra çempionatın ilk turunun hazırlıqlarını davam etdirəcək. 

Tarix: 7 Avqust [11:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2017
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio