Renat Dadaşov: "Əsas məqsədim inkişaf etməkdir"

13:23 - 7 Avqust 2017

Millimizin və "Ayntraxt"ın futbolçusu Renat Dadaşov "Frankfurt"a 5:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada komandasının üçüncü qolunu vuran gənc forvard əsas məqsədinin inkişaf etmək olduğunu söyləyib: "Mənim üçün çox xoş oldu. Qol vurmaq üçün iki şansım vardı.  Bunu bacaranda tüklərim biz-biz oldu. Artıq yeni mövsümə köklənmək vaxtı çatıb. Bizim üçün bütün oyunlar böyük əhəmiyyət kəsb edir. Yeni mövsümdə daha çox oyun keçirəcəyimə ümid edirəm. Əsas məqsədim inkişaf etməkdir".

 

Qeyd edək ki, Renat Dadaşov yay transfer pəncərəsində "Ayntraxt"la peşəkar müqavilə imzalayıb.

Xəbər xətti