Lempardın yeni iş yeri məlum oldu

16:55 - 7 Avqust 2017

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempardın yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, sabiq futbolçu “BT Sport” telekanalında ekspert kimi fəaliyyət göstərəcək. Bu kanal İngiltərə Premyer Liqası və Çempionlar Liqasının yayım hüququna malikdir.

 

Qeyd edək ki, 39 yaşlı futbolçu karyerası ərzində "Vest Hem", "Suonsi", "Çelsi", "Mançester Siti", "Nyu-York Siti" klublarında oynayıb.

Xəbər xətti