Kamran Ağayevin debüt arzusu baş tutmadı

18:22 - 7 Avqust 2017

Bu gün Çexiya I Liqasında 2-ci tura yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, milli komandamızın qolkiperi Kamran Ağayevin formasını geyindiyi "Mlada" klubu doğma meydanda "Sparta" ilə qarşılaşacaq. Sözügedən oyunda Kamran Praqa klubuna qarşı oynamayacaq. Millimizin üzvü açıqlanan start heyətdə yer almayıb.

 

Ağayevin oynamamasının səbəbi yüngül zədəsi və artıq çəkisinin olmasıdır.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti