"Zirə" - "Səbail" matçının başlama saatı açıqlandı

10:55 - 8 Avqust 2017

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu çərçivəsində keçiriləcək "Zirə" – "Səbail" oyununun başlama saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, avqustun 13-də baş tutacaq görüş saat 18:30-da start götürəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

 

Qeyd edək ki, "Zirə" ölkə çempionatının ötən mövsümündə 4-cü yeri tutmuşdu. "Səbail" isə ilk dəfə elitada mübarizəyə qatılacaq. 

Xəbər xətti