"İnter" "İnter Arena"da qaldı RƏSMİ

11:36 - 8 Avqust 2017

“İnter” klubunun 2017/2018 mövsümündə ev oyunlarını hansı stadionda keçirəcəyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi “İnter Arena”da çıxış edəcək. Məlumatı klubun rəsmi saytı yayıb. Bildirilir ki, AFFA və “Aqrarkredit” SKT arasında aparılan danışıqlar nəticəsində “İnter”in əsas və uşaq komandalarının yeni mövsümdə də “İnter Arena” stadionunda qalaraq, fəaliyyət göstərməsi qərara alınıb.
 
Bu isə o deməkdir ki, “İnter” növbəti mövsümdə də ev oyunlarını “İnter Arena”nın əsas meydançasında keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da bu arenada fəaliyyət göstərəcək.

Xəbər xətti