"Kopenhagen"in futbolçusu: "Komandamızda bir çox problemlər var"

"Qarabağ"ın ÇL-in ple-off mərhələsindəki rəqibi olan Danimarkanın "Kopenhagen" klubunun futbolçusu Tutu Yussef açıqlama verib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatının 4-cü turunda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbi oyunu "Qarabağ"ın rəqibi üçün uğursuz alınıb. Son dəqiqədə Tibblinqin vurduğu qol “Kooenhagen”in 0:1 hesablı yenilgisinə səbəb olub. Matçdan sonra yerli mətbuata açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib. O, daxili çempionatla yanaşı, Çempionlar Liqası haqda da danışıb:

 

"Biz hər dəfə top itirdiyimizdə qapımızda təhlükə yaranırdı. İlk yarıda yalnız bir şansımız oldu. "Brondbü"nün xəttlərarası əlaqəsi inanılmaz idi. Azarkeşlər bizdən yaxşı oyun gözləyir. Avropada uğurlu çıxış etsək də, çempionatda heç də hər şey yolunda getmir. Bizi Çempionlar Liqasında ağır oyun gözləyir. "Qarabağ"la oyunlar komandamız üçün nə qədər vacibdirsə, daxili liqada da bütün oyunlar elədir. Komandamızda bir çox problemlər var. Yoluna qoymalıyıq".

Tarix: 8 Avqust [11:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio