Azərbaycan Premyer Liqasında yenilik

14:06 - 8 Avqust 2017

Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümü ərəfəsində daha bir dəyişiklik reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, əvəzedicilərin yarışı və I Divizion oyunları zamanı klublar əvvəlki kimi 18 deyil, 23 futbolçunun xidmətindən istifadə edə bilərlər.

 

Bu dəyişiklikdən sonra klublar dünya praktikasında olduğu kimi oyunun protokolunda maksimum 23 futbolçunun adını qeyd etmək və ehtiyat oyunçular skamyasında 12 futbolçu saxlamaq imkanına malik olacaqlar.  

Xəbər xətti