Rauf Əliyev Albaniya klubunda

23:26 - 8 Avqust 2017

"İnter"lə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev karyerasını ölkə xaricində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, millimizin forvardı Albaniyanın "Kukesi" klubuna keçib. Bu barədə məlumatı Albaniya mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun “Kukesi”ylə razılığa gəldiyi, avqustun 11-də bu klubun düşərgəsinə qatılacağı qeyd edilib.

 

“Kukesi” son Albaniya çempionudu. Kukesi şəhərinin təmsilçisi Çempionlar Liqasının cari mövsümündə 2-ci təsnifat mərhələsində “Şerif”ə uduzaraq, mübarizəni dayandırıb (2:1, 0:1).

Xəbər xətti