“Sumqayıt” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığı davam etdirir. 

 

Sportal.az xəbər verir ki, sözügedən kollektiv bu gün “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Məşq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub. Təxminən 1.5 saat davam edən məşq prosesində zədəli futbolçu yer almayıb.

 

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” qarşılaşması avqustun 13-də “Kapital Bank Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Tarix: 9 Avqust [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio