Super Kubokun qalibi "Real" oldu VİDEO

00:46 - 9 Avqust 2017

Futbol üzrə UEFA Super Kuboku uğrunda oyun keçirilib. 

 

Sportal.az xəbər verir ki, qalib adı uğrunda UEFA Çempionlar Liqasın sonuncu qalibi “Real”la (Madrid, İspaniya) Avropa Liqasını qazanan “Mançester Yunayted” (İngiltərə) üz-üzə gəlib. 

 

Makedoniyanın paytaxtı Skopyedə baş tutan görüşdə qapılara 3 qol vurulub. Sonda meydanı qalib tərk edən isə "Real" olub.

 

Bu, Madrid təmsilçisinin 4-cü, ardıcıl ikinci belə uğurudu. İspaniya nəhəngi 2002, 2014 və 2016-cı illərdə də UEFA Super Kubokuna sahib çıxmışdı. 1998 və 2000-ci illərdə baş tutan Super Kubok matçlarında isə madridlilər meydanı məğlub tərk ediblər. MY-yə gəlincə, bu komanda yalnız 1991-ci ildə UEFA-da Super Kubokun qalibi adını qazanmışdı. "Qırmızı şeytanlar" bu turnirdə üçüncü dəfə məğlubiyyət acısı daddılar.

 

UEFA Super Kuboku
 

“Real” - “Mançester Yunayted” 2:1
Qollar:
Kazemiro, 24. İzko, 52. Lukaku, 62.

 

Xəbər xətti