Neymarın debütü yenə baş tutmayacaq

Neymarın Fransanın PSJ klubunda debütü bu həftə də baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb Liqa 1 rəhbərliyinin braziliyalı futbolçunun oynamasına icazə verməməsidi. Məsələ burasındadı ki, futbolçunun transferi ilə bağlı beynəlxalq sertifikat hələ də Fransa Liqa 1-nə təqdim olunmayıb. Sözügedən sənədi isə İspaniya La Liqasının rəhbərliyi təqdim etməlidi. Amma məlum olmayan səbəblərdən Neymarın transfer vərəqi gecikir. Bu üzdən də "Barselona"nın sabiq üzvünün 2-ci turda "Genqam"la səfər oyununda da yeni komandasına kömək etməsi mümkün olmayacaq.

 

"Genqam" - PSJ matçı avqustun 13-də keçiriləcək. 

Tarix: 9 Avqust [14:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2017
20  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio