Georgi Nikolov: “Heç olmasa “İnter”ə “Zabrat” adını qoyaydılar”

Bakının “İnter” klubunun sabiq prezidenti Georgi Nikolov sosial şəbəkədə maraqlı paylaşım edib. “İnter”in adının “Keşlə” ilə əvəzlənməsinə toxunan Nikolov bu haqda kinayəli status yazıb.

 

Sportal.az xəbər verir ki, o, komandanın yeni adının “Zabrat” olmasını daha məqbul sayır:

 

“İnter”in adına 10 ildi davam edən hücumlar axır ki, uğurla nəticələndi. Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidi”.

 

Qeyd edək ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı futbol adamı 2015-ci ilin dekabrında “İnter”dən kənarlaşdırılmışdı.

Tarix: 9 Avqust [17:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio