"Qarabağ" - "Kopenhagen" matçının biletləri nə vaxt satışa çıxarılacaq?

18:37 - 9 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" Danimarkanın "Kopenhagen"  klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, avqustun 12-də oyunun biletləri satışa çıxarılacaq. Oyunun biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılacaq.

 

Biletlərin qiyməti nömrəli sektorlara 1, 2, 3, 5, 10 manat, VİP sektoruna isə 50 manatdı.

 

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" görüşü avqustun 15-də keçiriləcək və saat 20:00-da başlayacaq. 

 

No automatic alt text available.

Xəbər xətti