"Roma"dan Riyad Mahrez açıqlaması

"Roma" "Lester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrezi transfer edə bilməyib.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın idman direktoru Monçi məlumat verib. Məşhur futbol funksioneri açıqlamasında əlcəzairli futbolçu üçün "tülkülər"ə 35 milyon avroluq təklif göndərdilərini söyləyib:

"Bu keçidin baş tutması üçün hər şey etdik. Əgər bu transfer baş tutsaydı, Mahrez "Roma" tarixinin ən bahalı futbolçusu olacaqdı. Ancaq "Lester Siti" bizim təklifə müsbət cavab vermədi".

 

"Transfer sehrbazı"ı ləqəbini daşıyan Monçi alternativ variantlara baxdıqlarını vurğulayıb:

 

"Başqa klubun Mahrez üçün 35 milyon avrodan çox pul xərcləyəcəyini düşünmürəm. "Lester Siti"nin qərarına hörmətlə yanaşırıq. Artıq biz alternativ variantlara baxırıq.".

Tarix: 9 Avqust [18:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio