Bəxtiyar Soltanovun I Divizion klubuna keçidi rəsmiləşdi

00:26 - 10 Avqust 2017

Azərbaycan yığmasının sabiq üzvü Bəxtiyar Soltanov özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşl futbolçu 2017/18 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaq. O, yeni mövsümdə Birinci Divizionda debüt edəcək bu klubla rəsmi müqaviləyə imza atıb.

 

Son olaraq AZAL-da çıxış edən yarımmüdafiəçi daha öncə "Bakı", "Qarabağ" "Kəpəz" və "Qəbələ" klublarında forma geyinib. Soltanov I Divizionda "Qaradağ Lökbatan"da da çıxış edib.

Xəbər xətti