"Zenit"dən ilk xal itkisi VİDEO

01:11 - 10 Avqust 2017

Rusiya Premyer Liqasında 5-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyununda lider "Zenit" səfərdə "Ural"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Roberto Mançininin komandası yeni mövsüm ilk xal itkisi ilə üzləşib. "Zenit" bundan əvvəlki 4 oyunda qalib gəlmişdi.

 

Qeyd edək ki, "Zenit" 5 turdan sonra 13 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

 

"Ural" - "Zenit" - 1:1
Qollar:
Erik Kosmin Bikfalvi, 35 - Aleksandr Kokorin, 60

 

Xəbər xətti