Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

İtaliya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Campyero Ventura ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Ventura ilə yeni müqavilə imzalanması barədə qərar verilib. Ventura 2020-ci ilə kimi "skuadra azzura"nın baş məşqçisi postunda çalışacaq.

 

İtaliya yığması Venturanın rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 6 oyun keçirib və 5 qələbə, 1 heç-heçə sayəsində topladığı 16 xalla İspaniya ilə 1-2-ci yerləri bölüşür.

Tarix: 10 Avqust [10:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio