"Qarabağ" İtaliya klubundan futbolçu alır? - agentindən AÇIQLAMA

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirə bilər.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu İtaliyanın "Palermo" klubunda çıxış edən Karluş Embalu ilə maraqlanır. Bu barədə məlumatı "mediagol"a açıqlamasında futbolçunun agenti Cüzeppe Akkardi verib. Agentin sözlərinə görə, 22 yaşlı futbolçunun xidmətində "Peskara" və "Qarabağ" maraqlıdır:

 

"Embalunun xidmətində bir neçə klub maraqlıdır. Eləcə də "Qarabağ"la "Luqano" da. Amma biz yekun qərarımızı açıqlamamışıq. Yəqin ki, məsələ yaxın günlərdə qapanacaq".

 

Qeyd edək ki, qvineya bissaulu cinah yarımmüdafiəçisi 2014-cü ildən "Palermo"da çıxış edir. O, "Karpi", "Leççe" və "Breşia" kimi klublarda icarə əsasında oynayıb.

Tarix: 10 Avqust [11:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio