"Yuventus"da yeni 10 nömrə

12:38 - 10 Avqust 2017

"Yuventus"da 10 nömrəli formanın yeni sahibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yeni mövsümdən 10 nömrəli forma ilə komandanın hücumçusu Paulo Dibala çıxış edəcək. Bu barədə klubun rəsmi "facebook" səhifəsi məlumat verib.

 

Gənc futbolçu ötən mövsüm 21 nömrəli forma geyinirdi.

 

Qeyd edək ki, son olaraq 10 nömrə ilə ötən il "Mançester Yunayted"ə transfer olunan Pol Poqba oynayıb.

 

Xatırladaq ki, "Yuventus"da vaxtilə Omar Sivori, Alessandro Del Pyero, Roberto Baco və Mişel Platini də 10 nömrəli formanı geyinib.

 

No automatic alt text available.

Xəbər xətti