Norveç - Azərbaycan matçını hansı kanal yayımlayacaq?

13:27 - 10 Avqust 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Norveç - Azərbaycan oyununu yayımlayacaq kanal bəlli olub.

 

Sportal.az xəbər verir ki, matç “İctimai TV” vasitəsilə canlı yayımlanacaq. Bu barədə məlumatı AFFA-nın “facebook” səhifəsi yayıb.

 

Sentyabrın 1-də Oslo şəhərindəki “Ullevaal” stadionunda keçiriləcək oyun Bakı vaxtıyla saat 22:45-də başlayacaq.

 

Xatırladaq ki, bu millilər arasında ötən il Bakıda baş tutmuş oyun yığmamızın 1:0 hesablı qələbəsiylə nəticələnib.

Xəbər xətti