İskonu başı böyük olduğu üçün transfer etməyiblər

14:56 - 10 Avqust 2017

"Mançester Yunayted"in 2013-cü ildə İspaniya millisinin üzvü olan İskonu transfer etməkdən imtina etdiyi ortaya çıxıb.

 

Sportal.az xəbər verir ki, həmin dönəmdə "Malaqa"da çıxış edən futbolçunun "qırmızı şeytanlar"a transferi son anda baş tutmayıb. ESPN-də yer alan məlumata görə "Mançester Yunayted"in skautları yarımmüdafiəçi üçün belə bir raport hazırlayaraq klub rəhbərliyinə təqdim ediblər:

 

"Isko yaxşıdır, amma kifayət qədər sürətli deyil və başı bədəninə görə çox böyükdür".

 

Elə həmin ildə İski 30 milyon avro qarşılığında Madridin "Real" klubuna transfer olmuşdu və göstərdiyi performansa görə diqqətləri yenidən üzərinə çəkmişdi.

 

25 yaşlı futbolçu ötən günlərdə UEFA Super Kubokunda "Mançester Yunayted"ə qarşı matçda (2:1) komandasının 2-ci qolunu vurmuşdu.

Xəbər xətti