Azərbaycan – San Marino oyununun biletləri satışda

16:16 - 10 Avqust 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, sentyabrın 4-də, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və 8-ci km qəsəbə stadionunun kassalarında əldə etmək mümkündür.

 

Saat 20:00-da başlayacaq matçın biletlərini onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

 

Qeyd edək ki, VİP biletlərin qiyməti 25 manatdı. 1-ci kateqoriya biletləri 4, 2-ci kateqoriyalılar 1 manat olacaq.

Xəbər xətti