"Kəpəz" "Sumqayıt"la matça hazırlaşır

17:10 - 10 Avqust 2017

Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün ilk turunda səfərdə “Sumqayıt” ilə qarşılaşacaq “Kəpəz” dünəndən bu oyunun hazırlıqlarına başlayıb. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. 

 

“Sarı-göylər” oyun gününə kimi bu məkanda hazırlaşacaq. 

 

Qeyd edək ki, avqustun 13-də keçiriləcək “Sumqayıt” – “Kəpəz” matçı saat 21:00-da başlayacaq.

Xəbər xətti