İsrail klubuna qarşı oynamış futbolçular millidən qovuldu

18:20 - 10 Avqust 2017

İran Futbol Federasiyası gözlənilməz qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, qurum rəhbərliyinin qərarına əsasən Yunanıstanın "Panionios" klubunda forma geyinən futbolçular - İshan Haci Şafi və Məsud Şucai İran millisindəın birdəfəlik kənarlaşdırılıblar. 

 

Buna futboloçuların Avropa Liqasının III təsniaf mərhələsinin cavab oyunları çərçivəsində İranın düşməni sayılan İsrailin "Makkabi Təl Əviv" klubuna qarşı forma geyinmələri səbəb olub.  

 

Bu barədə məlumatı İranın Gənclər və İdman Nazirliyinin prezidentinin köməkçisi Muhammed Reza Davarzani verib. O, futbolçuların İran xalqına hörmətsizlik etdiyini bildirib: "Onların hərəki İran xalqı üçün qəbuledilməzdir. Şəfi və Məsud bundan sonra İran millisinin formasını geyinə bilməzlər". 

 

Federasiyanın belə bir qərar verməsi bir çox iranlı futbolçunun etirazına səbəb olub. Onlar futbolçuların çıxış yollarının olmadığını bildirib, həmkarlarını dəstəkləyiblər.  

 

Qeyd edək ki, hər iki futbolçu iyulun 27-də İsraildə baş tutan oyunda meydana çıxaqdan imtina etsələr də, avqustun 3-də Yunanıstanda keçirilən qarşılaşmada 90 dəqiqə meydanda olublar. 

Xəbər xətti