Arda Turan milliyə geri döndü

00:25 - 11 Avqust 2017

"Barselona"nın futbolçusu Arda Turan Türkiyə millisinə qayıdıb.
 
Sportal.az xəbər verir ki, bu barədə Arda öz sosial şəbəkə hesabında məlumat verib. O, yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə İspaniyada görüşüb və yenidən milliyə qayıtmaqda razı olub.

 
Qeyd edək ki, 30 yaşlı futbolçu Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı.

Xəbər xətti