"İnter"dən "Beşiktaş"a

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu İtaliya "İnter"inin müdafiəçisi Qari Medeli heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanacaq. 30 yaşlı oyunçu yeni klubunda ilinə 2 milyon 300 min avro maaş alacaq. Bu keçid üçün "qara qartallar" Milan klubuna 2,5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Medel sabah Türkiyəyə gələcək və tibbi müayinədən keçdikdən sonra "Beşiktaş"la müqavilə bağlayacaq.

Tarix: 11 Avqust [01:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio