"Qarabağ" mövsümə qələbə ilə başladı YENİLƏNİB

22:55 - 11 Avqust 2017

Bu gün Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümü start götürüb.

 

Sportal.az xəbər verir ki, tura bir oyunla start verilib. Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşıb. 8-ci km qəsəbə stadionunda keçirilən görüşdə “Neftçi” “Qarabağ”ı qəbul edib. Qarşılaşma "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Ağdam klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. 

 

Azərbaycan Premyer Liqası

I tur

11 avqust (cümə)

 

21:00. “Neftçi” – “Qarabağ” - 1:3

Qollar: Rahid Əmirquliyev, 90 (ö.q) // Mahir Mədətov, 12, 40, Ndlovu, 62

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

8-ci km qəsəbə stadionu

 

"Neftçi": 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas

 

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk 

 

Baş məşqçi:  Elxan Abdullayev

 

"Qarabağ": 1. Anton Konibalotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana

 

Baş məşqçi: Qurban Qurbanov.

Xəbər xətti