"Səbail" ev oyunlarını hansı stadionda keçirəcək?

"Kəpəz" və "Səbail" Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrədəki ev oyunlarını başqa stadionlarda keçirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə  Klublar Komitəsinin sədri Kamran Quliyev məlumat verib. Onun sözlərinə görə, hər iki klubun ev oyunlarını keçirdiyi stadionlar hazırda təmirdə olduğu üçün alternativ variant seçiləcək. Quliyev bildirib ki, sözügedən klublar rəqiblərini harada qəbul edəcəklərinə özləri qərar verəcəklər.

 

Artıq "Səbail" klubu ev oyunlarını harada keçirəcəyi ilə bağlı seçimini edib. Debütant rəqiblərini Mərdəkanda yerləşən "Dalğa Arena"da qəbul edəcək.

 

"Kəpəz"in isə rəqiblərini Tovuzda qəbul etmək variantı var.

 

Qeyd edək ki, "Səbail" ev oyunlarını "Bayıl Arena"da, "Kəpəz" isə Gəncə şəhər stadionunda keçirir.

Tarix: 11 Avqust [12:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio