Rauf Əliyev “Kukesi”yə getməzdən öncə hansı məşhur albanla məsləhətləşdi?

Azərbaycanlı hücumçu Rauf Əliyev Albaniyanın “Kukesi” klubunun təklifinə “hə” deməzdən öncə məşhur albanla məsləhətləşib.

 

Sportal.az xəbər verir ki, söhbət Albaniya millisinin kapitanlarından biri, “Qarabağ”ın aparıcı üzvü Ansi Aqollidən gedir. Rauf “Qarabağ”da birgə oynadığı sabiq komanda yoldaşı Ansidən klub, şəhər, rəhbərliklə bağlı danışıb. Ansi Aqollinin müsbət fikir söyləməsi Rauf Əliyevin qərarında rol oynayıb.

 

Qeyd edək ki, artıq Albaniyaya yola düşən Rauf Əliyev 1 illik müqavilə imzalayacaq. (Futbol11.az)

Tarix: 11 Avqust [13:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio