“Qarabağ” – “Kopenhagen” matçının biletləri satışa çıxarılır

13:59 - 11 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri sabah satışa çıxır.

 

Sportal.az xəbər verir ki, azarkeşlər saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

 

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək.

 

Xəbər xətti