"Monako" "Milan"ın təklifini rədd etdi

18:25 - 11 Avqust 2017

Yeni mövsüm üçün iddialı komanda quran "Milan" daha bir hücumçu transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, "qırmızı qaralar" "Monako"nun hücumçusu Radamel Falkaonu transfer hədəfinə alıb. Artıq bunun üçün qarş tərəfə 30 milyon avroluq təklif də göndərilib. Lakin "knyazlıq klubu" "Milan"ın bu təklifini geri çevirib.

 

"Milan"ın digər hücumçu variantları Pyer-Emerik Obameyanq, Andrea Belotti və Nikola Kaliniçdir. 

 

31 yaşlı Falkao ötən mövsüm 43 oyuna 30 qol vurub və 6 assist edib.

Xəbər xətti