Rauf Əliyev: “İnter” transferimə problem yaradır”

“İnter”in hücumçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna transferində problem yaranıb.

 

Sportal.az xəbər verir ki, Bakı klubu Rauf Əliyevin müqavilə ilə 2018-ci ilin yayına qədər onlara məxsus bildirərək qarşı tərəfdən təzminat tələb edib. “İnter”in icraçı-direktoru Rəmiş Malıyev deyib ki, Raufun "İnter"lə müqaviləsi olduğundan onun transferi hüquqi səviyyədə həllini tapmalıdır: “Yəni futbolçu klubla anlaşması olduğundan digərinə sərbəst keçə bilməz. Bu, ona görə müəyyən təzminatın ödənilməsi qarşılığında mümkündür. Albanların isə bildiyimə görə, təzminat vermək fikri yoxdur”.

 

Hazırda Albaniyada olan Rauf Əliyev özü Qol.az saytına açıqlamasında “İnter”in onun transferinə maneə yaratdığını təsdiqləyib: “İnter” bir az problem yaradır. Onlarla müqaviləm olduğunu deyirlər. 


Amma mənim klubla olan, PFL-ə, UEFA-ya göndərilən müqaviləm bitib. Bu müqavilə əlimdədir. Müddət bitib. İnanmazdım ki, “İnter” mənə belə bir problem yaratsın. Çünki bu kluba elə vaxtda kömək etmişəm ki...  İndi isə bu, unudulur”.

 

Qeyd edək ki, bu məsələdə ziddiyyətli məqamların olduğu şübhə doğurmur. Çünki futbolçunun transferi həqiqətən bitibsə, "İnter" hüquqi tərəfdən ona heç bir problem yarada bilməz. Amma Rauf müqavilənin bitdiyini, "İnter" isə qüvvədə olduğunu deyir. 

Tarix: 12 Avqust [15:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2017
21  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio