Eddi İsrafilov "Kadis"dən ayrıla bilər

16:29 - 12 Avqust 2017

Millimizin üzvü Eddi İsrafilov "Kadis" klubunu tərk edə bilər.  

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu yeni təkliflər aldığı üçün komandasından ayrılmaq istəyir. İspaniya mətbuatının yaydığı xəbərə görə, "Alkarkon" və "Luqo" klubları Eddini heyətə qatmağa çalışırlar. İddiaya görə, Eddi üçün ən uyğun variant "Alkarkon"du. Çünki millimizin futbolçusu hazırda bu komandanın baş məşqçisi Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə "Mursiya"da işlədiyi vaxta təsadüf edib.

 

Amma Eddinin komandanı tərk etməmə ehtimalı da var. Çünki komandanın baş məşqçisi Alvaro Kerverya bir müddət öncə verdiyi açıqlamada Eddiyə güvəndiyini və onun xidmətindən yeni mövsümdə də istifadə edəcəyini demişdi.  

 

Qeyd edək ki, Eddi ötən ilin yayında "Kadis"ə keçib.  

Xəbər xətti