"Qarabağ" yeni transferini nə vaxt rəsmiləşdirəcək? İDDİA

16:52 - 12 Avqust 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" daha bir futbolçunun keçidini reallaşdırmaq üzrədir. "Atlılar" İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Embalu ilə yaxından maraqlanır.  

 

Sportal.az saytının məlumatına görə, Ağdam klubu futbolçunun məxsus olduğu "Palermo" klubuna yeni təklif göndərib. İtaliya mətbuatının iddiasına görə, son çempion 22 yaşlı qvineya bissaulu hücumameyilli yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. 

 

Bildirilir ki, bu transfer Çempionlar Liqasının pley-off mərhələsinin matçlarından sonra reallaşacaq. 

 

Qeyd edək ki, Embalunun xidmətində "Peskara" və "Breşia" klubları da maraqlıdır. 

Xəbər xətti